RU

"Azərsilah"ın əməkdaşı xəsarət alıb

"Dünən səhər saatlarında Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat prosesi zamanı baş vermiş qəza nəticəsində bir əməkdaş yüngül xəsarət alıb".

Bu barədə APA-nın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

"Hadisə yerində təhlükəsizlik qaydalarına uyğun ilkin tibbi yardım göstərilərək əməkdaş dərhal xəstəxanaya çatdırılmış və peşəkar tibbi xidmət almışdır. Hazırda onun vəziyyəti qənaətbəxşdir", - açıqlamada vurğulanıb.

Избранный
21
27
qaziler.az

10Источники