RU

Antalyada topdansatış bazarında partlayış baş verib: 1 ölü, 3 yaralı

Türkiyənin Antalya vilayətinin Demrə şəhərində yerləşən topdansatış bazarında partlayış baş verib. Bu barədə Vətəninfo.az “Antalya Hakkında” portalına istinadla məlumat yayıb.

Məlumata görə, partlayışın səbəbi hələ ki müəyyən edilməyib.

Şəhərin meri Fəxri Duranın verdiyi açıqlamaya əsasən, hadisə nəticəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Избранный
8
veteninfo.az

1Источники