ain.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) və Türk-Amerika İş Şurasının (TAİK) təşkilatçılığı ilə 17-ci Türkiyə İnvestisiya Konfransı çərçivəsində Nyu-Yorkda ziyafət keçirilib.
Tədbir Nyu-York Xalq Kitabxanasında keçirilib. Tədbirdə maliyyə və xəzinə naziri Mehmet Şimşək, ticarət naziri Ömər Bolat, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan, Türkiyənin ABŞ-dakı səfiri Sedat Önal, DEİK sədri Nailat Önal, TAİK sədri Murat Özyeğin, həmçinin Türk və Amerika iş birliklərinin nümayəndələri iştirak ediblər.
Ziyafətdə çıxış edən Özeğin Türkiyə-ABŞ münasibətlərinin kritik dönəmdə olduğunu qeyd edib. O, tədbirlərdə yüksək səviyyədə iştirakın türk və amerikalı tərəfdaşlar arasında birgə layihələrin potensialını nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ-da 17-ci Türkiyə İnvestisiya Konfransı öz işinə başlayıb. Konfransın ilk günündə Türkiyə və ABŞ-dan olan sahibkarları bir araya gətirən Türk Evində Prezident Rəcəb Tayyib Ərdoğanla dəyirmi masa keçirilib.
İclasda Amerikanın “Fortune 100” siyahısından 25 şirkət rəhbəri ilə yanaşı, ABŞ-da investisiya və biznes layihələri həyata keçirən türk şirkətlərinin nümayəndələri iştirak ediblər. Türkiyə ilə ABŞ arasında ticarət və investisiyaların inkişafına həsr olunan konfrans üç gün davam edəcək.
P.ƏMİRCANOVXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.