RU

Bakıda həbsxanaya vedrənin içində görün nə gətirdilər...

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Bu barədə Demokrat.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məhkuma tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik vedrənin içərisində xüsusi üsulla gizlədilmiş 5 ədəd mobil telefon aparatı, 3 ədəd elektrik qidalandırıcı, 1 ədəd qulaqcıq və 1 ədəd bıçaq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
10
4
demokrat.az

10Источники