RU

Elçin Əmirbəyov: Azərbaycan Ermənistanla sülh üçün böyük imkanlar görür

“Keçən ay Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflandıqdan sonra biz regionda - Cənubi Qafqazda yeni bir tarixi dövrə daxil oluruq və bu xüsusda avstriyalı həmkarlarımızı və dostlarımızı vəziyyət barədə məlumatlandırmağı məqsədəuyğun hesab etdik”.

APA xəbər verir ki, bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Austria Press Agentur- Austria Press Agencyə müsahibəsində bildirib.

O, konkret olaraq hazırkı Ermənistan Konstitusiyasından qaynaqlanan problemi qeyd edib. Belə ki, Konstitusiyanın preambula hissəsində Dağlıq Qarabağa dair ərazi iddiaları mövcuddur.

Uzunmüddətli sülh üçün böyük imkanlar


İmzalanacaq sülh sazişi qarşılıqlı ərazi iddialarından imtinanı nəzərdə tutur”, Elçin Əmirbəyov qeyd edib.

O vurğulayıb ki, regionda uzunmüddətli sülh və sabitlik üçün çox böyük imkanlarımız var.

Elçin Əmirbəyov bu istiqamətdə mühüm addım kimi Ermənistan ərazisindən keçəcək, Azərbaycanın qərbini Naxçıvan ilə birləşdirəcək 43 kilometrlik avtomobil və dəmir yolu xəttinin tikintisini göstərib: “Burada söhbət yalnız Azərbaycanın iki hissəsinin birləşməsindən deyil, həm də Ermənistan və Azərbaycan, eləcə də Asiya və Avropanın birləşməsindən gedir”, – deyə o ənənəvi olaraq Zəngəzur dəhlizi adlanan, lakin Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” adlandırılan layihəni təsvir edib.

“Bu, siyasi iradə olduğu təqdirdə, regionda hər kəsin faydalana biləcəyi sülh layihəsidir”, – deyə o İranın tənqidlərinə münasibət bildirib.

Избранный
33
6
apa.az

7Источники