RU

İlin ən yaxşı klubu seçildi


Fransanın “Pari Sen Jermen” (PSJ) klubu Parisdə keçirilən “Qızıl top” mərasimində ilin ən yaxşı klubu mükafatını alıb.
Yeniavaz.com
xəbər verir ki, 2024/25 mövsümünün sonunda Paris klubu dörd kubok qazanıb: Çempionlar Liqası, Fransa Liqası, Fransa Kuboku və Fransa Super Kuboku.
Bu mövsüm Luis Enrikenin yetirmələri Avropa Superkubokunu qazanaraq FIFA Klublararası Dünya Çempionatının finalına yüksəliblər.
Qeyd edək ki, “Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Bu, ümumiyyətlə, ən nüfuzlu fərdi futbol mükafatı hesab olunur. İlk “Ballon d'Or” mərasimi 1956-cı ildə keçirilib.
Digər tərəfdən, Parisdə keçirilən “Qızıl top” mərasimində ilin ən yaxşı məşqçisi mükafatını da PSJ-nin baş məşqçisi Luis Enrike alıb.
Избранный
14
yeniavaz.com

1Источники