RU

21 yaşlı bu qız hər iki saatdan bir yaddaşını itirir

ABŞ-ın İllinoys ştatında yaşayan 21 yaşlı Rayli Horner 2019-cu ildə baş verən qəzadan sonra yaddaş problemi yaşayır.

Publika.az xəbər verir ki, 15 yaşında məktəb tədbirində aldığı ağır kəllə-beyin travması nəticəsində Horner hər iki saatdan bir yaddaşını itirir.

Hadisədən dərhal sonra həkimlər ciddi problem aşkar etməyib. Lakin sonrakı günlərdə o, hələ 11 iyun 2019-cu il olduğuna inanaraq oyanıb və demək olar ki, hər gün eyni günü yenidən yaşamağa başlayıb.

Uzunmüddətli testlərdən sonra ona travmatik beyin zədəsi diaqnozu qoyulub. Zədə yalnız yaddaşına deyil, diqqət və hadisələri ardıcıllıqla xatırlamaq qabiliyyətinə də təsir edib.

Избранный
70
publika.az

1Источники