Sentyabrın 22-də dünyanın ən yüksək fərdi futbol mükafatı olan "Qızıl top"u qazanan PSJ və Fransa yığmasının hücumçusu Usman Dembele fastfud aludəçiliyini etiraf edib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Four Four Two" məlumat yayıb.
O, matçdan sonra yüksək kalorili pizza və ya burger yeməyin onun üçün dəyişilməz bir ritual olduğunu bildirib.
"Mən hələ də oyunlardan sonra hamburger və pizza yeyirəm, bu bitməyəcək. Bütün oyunçular matçlardan sonra hamburger və ya pizza yeyirlər. Mən çox şokolad yemirəm, ona görə də hər şey qaydasındadır", - Dembele qeyd edib.
"Cebheinfo.az"