RU

II Liqa: Liderin çətin Bakı sınağı, əsas izləyicisi asan səfər matçına çıxır

ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Bu gün Azərbaycan II Liqasında III tura yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, turun ikinci günündə üç matç baş tutacaq. 

Əvvəlcə lider "Şəki Siti" "Qaradağ Lökbatan"ı qonaq edəcək. Bəhmən Həsənovun baş məşqçisi olduğu bölgə təmsilçisi lökbatanlıları paytaxtdakı "Rekord Arena"da sınağa çəkəcək.

Günün digər qarşılaşmalarında isə "Kür-Araz" "Araz-Saatlı"nı, "Ağstafa Gəncləri" isə şərikli liderlərdən olan "Xankəndi"ni bəbul edəcək.

Azərbaycan II Liqası

III tur

23 sentyabr 

15:00. “Şəki Siti” – “Qaradağ Lökbatan”

Hakimlər: Sənan Bayramzadə, Əkbər Əliyev, Ruslan Babayev, Rasim Musayev.

Hakm-inspektor: Rəhim Həsənov.

AFFA nümayəndəsi: Elçin Mehtiyev.

Bakı. “Rekord Arena”.

15:30. “Kür-Araz” – “Araz Saatlı”

Hakimlər: Rəsul Babayev, Orxan İbişov, Rəhman Aslanov, Nazim Abdullayev.

Hakm-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: Mahal Məmmədov.

Saatlı. Olimpiya İdman Kompleksinin stadionu.

15:30. “Ağstafa Gəncləri” – “Xankəndi”

Hakimlər: Niyaz Əhmədov, Ağadur Mahmudov, Elvin Mədətov, Ruslan Quliyev.

Hakm-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Ağstafa. Şəhər stadionu.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
fanat.az

2Источники