Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası ərəfəsində diplomatik kortejlərlə bağlı maraqlı insident yaşanıb. Belə ki, ABŞ Prezidenti Donald Trampın korteji üçün bütün yollar bağlandığı anda Fransa Prezidenti Emmanuel Makronun avtomobili də polis tərəfindən saxlanılıb.
Kadrlarda Fransa liderinin telefonda Trampa zarafatla "Yolu aç" dediyi də eşidilir.
Hadisə iştirakçıların və şahidlərin gülüşünə səbəb olub.
Həmin kadrları təqdim edirik: