BAKI, 23 sentyabr. TELEQRAF
“Ermənistanın paytaxtı İrəvan Cənubi Qafqazda ən pis hava keyfiyyətinə malikdir”.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi Fransuaza Yakob deyib.
Onun sözlərinə görə, bu, ölkənin cəlbediciliyinə təsir göstərir. Yakob həmçinin Ermənistanın torpaqlarının aktiv səhralaşması problemini, o cümlədən kənd təsərrüfatı, tikinti və mədən işləri nəticəsində çayların çirklənməsini qeyd edib.
BMT nümayəndəsi hesab edir ki, Ermənistan ətraf mühitin qorunmasına ÜDM-in cəmi 0,6 faizini xərcləyir:
“Amma Ermənistan sülh gündəmində irəliləyiş əldə edir və bu, yeni imkanlar açır”.