RU

Paşinyana qarşı çıxanların məqsədi nədir?- AÇIQLAMA

“Paşinyan seçkilər öncəsi mövqelərini gücləndirməyə çalışır”.

Politoloq Sultan Zahidov News365.az-a açıqlamasında bildirib ki, Ermənistan müxalifəti Paşinyanın son addımlarından siyasi manipulyasiya aləti kimi istifadə edir və bu da cəmiyyətin müəyyən hissəsini təsir altında saxlayır.

Onun sözlərinə görə, Paşinyan həm ölkə daxilində, həm də xaricdə geniş təzyiqlərlə üzləşir:

“Paşinyana qarşı böyük bir cəbhə formalaşıb. Burada təkcə daxili müxalifət yox, həm də erməni diasporu və Rusiyapərəst qüvvələr aktiv rol oynayır. Məqsəd budur ki, Paşinyan növbəti seçkilərdə tam üstünlük əldə edə bilməsin”.

Politoloq qeyd edib ki, baş nazir müxtəlif yollarla bu təzyiqlərə cavab verməyə çalışır:

“Dövlət çevrilişinə çağırış edən şəxslərin azadlıqdan məhrum edilməsi, Rusiyaya qarşı balanslaşdırılmış addımlar atılması və alternativ beynəlxalq platformalarda iştirak Paşinyanın əsas taktikasına çevrilib. O, 2026-cı il seçkilərində yenidən baş nazir seçilmək və bundan sonra da Konstitusiya dəyişiklikləri, o cümlədən referendum keçirmək imkanlarını genişləndirmək istəyir”.

Избранный
4
news365.az

1Источники