RU

Şuşanın baş planında yeniliklər olunub

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Şuşanın baş planında investorların daşınmaz əmlak layihələri həyata keçirə biləcəyi ərazilər müəyyən edilib.Bu barədə Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) 2-cü günündə bildiribOnun sözlərinə görə, hazırda beynəlxalq məsləhətçilərlə birlikdə investorlar üçün texniki-iqtisadi əsaslandırmalar hazırlanır: "Paralel olaraq qonaqpərvərlik xidmətləri də yüksəldilir və məqsədimiz Şuşaya nüfuzlu beynəlxalq otel brendlərini cəlb etməkdir".A. Kərimov əlavə edib ki, dövlət proqramı çərçivəsində zəruri səhiyyə infrastrukturunun yaradılması da davam edir: "Artıq Şuşa Sağlamlıq Mərkəzi istifadəyə verilib. Burada sanatoriya-reabilitasiya xidmətləri, əməliyyat sonrası bərpa, xüsusi tibbi xidmətlər və bioloji testlərin aparılması üçün imkanlar mövcuddur. Şuşaya yaxın ərazidəki mineral su ehtiyatlarının şəhərə gətirilməsi üzərində də işlər aparılır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
2
reyting.az

3Источники