RU

Yaxın Şərqdə həll olunmaz düyün: Fələstin məsələsi niyə nəticə vermir?

İsrail-Fələstin münaqişəsi onilliklərdir Yaxın Şərqin siyasi gündəminin mərkəzində dayanır. Fələstinin dövlət kimi tanınması məsələsi isə təkcə iki xalq arasında mübahisə deyil, həm də beynəlxalq güclərin maraqlarının toqquşduğu strateji müstəvidə qiymətləndirilir. Bu gün 150-yə yaxın ölkə Fələstini dövlət kimi tanıyıb. Lakin prosesin siyasi nəticəsi hələ də qeyri-müəyyən olaraq qalır.

Politoloq Azər Qasımovun Editor.az-a verdiyi açıqlamaya görə, Fələstin məsələsi bütövlükdə Yaxın Şərqin təhlükəsizlik arxitekturasında həlledici amildir:

“Bu məsələ bütün regionun təhlükəsizlik faktorunu müəyyən edir. Əslində, Fələstinin dövlət kimi tanınması böyük güclərin əlində geosiyasi alətə çevrilib. Fələstin xalqının və ümumilikdə ərəb dünyasının yanlış hesablamaları isə onları yox olmaq təhlükəsi ilə üz-üzə qoyub. İsrailin dövlət kimi qəbul edilməsində edilən səhvlər də bu vəziyyəti şərtləndirib”.

Politoloqun fikrincə, xüsusilə son iki ildə baş verən hadisələr fonunda tərəflər arasında uzlaşma meylləri minimuma enib. 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra isə vəziyyət daha da gərginləşib:

“Həmin hadisədən sonra İsrailin Fələstini dövlət kimi qəbul etməsi artıq mümkünsüzdür. Əksinə, bir çoxlarının tanıdığı Fələstin dövləti İsrail tərəfindən “terrorçu” kimi damğalanır. Beynəlxalq müstəvidə bəzi dövlətlərin – məsələn, İngiltərə və Fransanın Fələstini tanıması belə, real nəticə verməyəcək”.

Azər Qasımov hesab edir ki, hazırkı şəraitdə Fələstin üçün əsas məsələ dövlət qurmaq yox, sağ qalmaqdır:

“Qəzzada baş verənlərdən sonra fələstinlilər artıq dövlət qurmaq haqqında yox, yaşamaq haqqında düşünməlidirlər. Onların dövlət yaratmaq şansı faktiki olaraq qalmayıb”.

//Gülnarə Abasova, Editor.az

Избранный
22
editor.az

1Источники