RU

Antalyada ağır qəza: Xəsarət alanlar var - FOTO

Antalyanın (Türkiyə) Alanya rayonunda tur avtobusu ilə sərnişin mikroavtobusu toqquşub.

Avtosfer.az "A Haber"ə istinadən xəbər verir ki, qəza nəticəsində 15 nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdiriliblər. Hadisə nəticəsində tur avtobusuna ciddi ziyan dəyib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

FOTO QALEREYA
Избранный
11
avtosfer.az

1Источники