RU

Məmmədov: “Hədəfimiz mükafatçılar sırasına düşməkdir”

ain.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Zaqatala” Azərbaycan I Liqasının II turunda “Şəfa”ya uduzub. Bölgə təmsilçisi azarkeşləri önündə 0:4 hesabıyla məğlub olub.

Komandanın baş məşqçisi Rüstəm Məmmədov “Futbolpress.az“a açıqlamasında nəticəni dəyərləndirdi:

“Müəyyən planlarımız var idi. İkinci hissənin əvvəlində buraxılan qol planlarımızı alt-üst etdi. Oyunumuzdan çıxdıq, emosiyalar artdı. Futbolçuların oyun üslubu dəyişdi və açıq futbol oynamağa başladıq. Ardınca buraxdığımız qol oyunun pozulmasına səbəb oldu. Məğlubiyyətin əsas səbəbi budur”.

Heyətlə bağlı çətinlik yaşadıqlarını bildirən mütəxəssis klubdakı sponsor problemindən və qarşılarına qoyduqları hədəfdən danışdı:

“Heyətlə bağlı çətinliklərimiz var. Komandanın gec toplaşması, yeni futbolçuların uyğunlaşma problemi işlərimizi ləngitdi. Sponsor problemi də var. Müəyyən danışıqlar gedir ki, kluba dəstəkçi tapılsın. Musa müəllimin dəstəyi var, o da olmasaydı, çox acınacaqlı durum ola bilərdi. Müəyyən köməklər var.

Hədəfimiz mükafatçılar sırasına düşməkdir. Klub tərəfindən hansısa hədəf qoyulmayıb. Bizdən yaxşı oyun, nəticə gözlənilir. Lakin sırf hansısa yer üçün oynayın deyə bir şey yoxdur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
22
futbolpress.az

1Источники