RU

Yenə hədələdi: Yeni gizli silahlar əldə etdik

Şimali Koreya lideri Kim Çen In yenidən siıah arsenalı ilə göz dağı verib.

Milli.Az xəbər verir ki, o, dövləti hərbi cəhətdən gücləndirmək üçün yeni məxfi silahlar hazırladıqlarını etiraf edib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, Kim bu barədə Şimali Koreya Ali Xalq Məclisində çıxış edərkən danışıb.

"Biz yeni gizli silahlar əldə hazırlamışıq və müdafiə elmi sahəsində hərbi imkanlarımızı böyük ölçüdə gücləndirəcək nailiyyətlər əldə etmişik. Nüvə silahı ölkəmin sağ qalması üçün əvəzedilməz bir seçimdir".

Hüseyn
Milli.Az

Избранный
2
3
milli.az

4Источники