RU

“Qala Sığorta” və “Qala Həyat Sığorta” məktəblilərə dəstək aksiyası keçirib FOTOLAR

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

“Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri ənənələrinə sadiq qalaraq yeni tədris ili ərəfəsində sosial məsuliyyət layihəsini davam etdiriblər. Demokrat.az xəbər verir ki, sözügedən şirkətlər aztəminatlı ailələrin övladlarını məktəb ləvazimatları ilə sevindiriblər.Aksiyanın əsas məqsədi məktəbli uşaqlara dəstək olmaq, onların təhsilə həvəslə başlamasına töhfə verməkdir. Sosial məsuliyyət proqramı çərçivəsində paylanan dəstlərdə yeni dərs ilində lazım olacaq müxtəlif dəftərxana ləvazimatları yer alıb.“Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətlərindən bildirilib ki, bu cür layihələr şirkətlərin sosial siyasətinin mühüm tərkib hissəsidir və gələcəkdə də davam etdiriləcək. Qeyd olunub ki, təhsil hər bir cəmiyyətin inkişafında əsas amillərdən biridir və uşaqların məktəb həyatına ruh yüksəkliyi ilə başlamaları xüsusi əhəmiyyət daşıyır.Qeyd edək ki, “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri illərdir davam etdirdikləri bu təşəbbüslə həm uşaqların sevincinə şərik olur, həm də sosial həmrəyliyə töhfə verirlər.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
demokrat.az

2Источники