RU

Cimmi Kimmel qalmaqallı şərhlərdən sonra efirə qayıdır

Ajans.az xəbər verir ki,verilişi yayımlayan ABC telekanalının sahibi Disney şirkəti bazar ertəsi bildirib ki, şounun dayandırılması "bəzi şərhlərin vaxtsız və kifayət qədər həssas olmaması" ilə bağlı idi. "Son günlər Cimmi ilə düşünülmüş və səmimi müzakirələr apardıq və bu müzakirələr nəticəsində verilişin çərşənbə axşamı efirə qayıtmasına qərar verdik", – deyə Disney-in bəyanatında bildirilir.

Şounun dayandırılması ABŞ-ın federal televiziya tənzimləyicisinin ABC kanalının yayım lisenziyasını ləğv etməklə hədələməsinin ardından baş verib və bu hal ölkədə söz azadlığı ilə bağlı geniş ictimai müzakirələrə səbəb olub.

Избранный
26
Ajans.az

1Источники