RU

Odessanı ballistik raketlə vurublar

Odessanı

Rusiya ordusu Odessa vilayətinin Tatarbunarı qəsəbəsinə ballistik raket zərbəsi endirib. Hücum nəticəsində Dövlət Audit Xidmətinin inspektoru həlak olub, bir neçə nəfər yaralanıb.

Reyting.az
Ukrayna mediasına istinadla bildirir ki, sentyabrın 22-də axşam saatlarından başlayaraq bütün gecə Odessa və ətraf rayonlarda hava hücumu sirenaları bir neçə dəfə səslənib.

Monitorinq kanalları raket və dron təhlükələri barədə məlumat veriblər. Odessada həyəcan siqnalı verilərkən partlayış səsləri eşidilib və hadisə şahidləri sosial şəbəkədə bildiriblər ki,tüstü görünür.

Odessa Vilayət Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, sentyabrın 23-nə keçən gecə Rusiya silahlı qüvvələri Belqorod-Dnistrovski rayonuna ballistik raketlərlə hücum edib.

“Kurort zonaları hədəfə alınıb. Hücum nəticəsində bir mülki şəxs, 60 yaşlı qadın həlak olub. Daha iki mülki şəxs, 66 yaşlı kişi və 49 yaşlı kişi yaralanıb. Yaralılardan biri xəstəxanadadır”, - mətbuat xidmətindən bildirilib.

İki istirahət mərkəzinin binasının dağılıb, üç istirahət mərkəzinin, dörd ofisin binasına və üç avtomobilə də ziyan dəyib.

Odessa regional dövlət administrasiyasının rəhbəri Oleq Kiper aydınlaşdırıb ki, sentyabrın 23-nə keçən gecə ruslar Tatarbunar şəhərində mülki infrastruktura qəsdən ballistik raket zərbəsi endiriblər. Dağıntılar şəhərin mərkəzində baş verib.

Hücumun nəticələri Odessada da özünü göstərir. Meriya axşam saatlarında şəhərin Kiyevski rayonunda 9 yaşayış binasına və bir təhsil müəssisəsinə ziyan dəydiyini bildirib.

ELÇİN
Избранный
4
reyting.az

1Источники