RU

Reuters: “Kiyev ABŞ ilə danışıqlardan bədgümandır”

AzVision.az xəbər verir ki, ukraynalı məmurlara istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“Kiyevin ABŞ-nin Rusiyaya qarşı yeni sərtsanksiyalarına nail olmaq ümidləri sönür.Ukraynadakı yeni praqmatizm isə Zelenskinin indiki səfərini Amerikaya əvvəlki bəzi səfərlərdən daha az gərgin edir”,- agentlik yazır.

Ukraynadakı analitik mərkəzlərdən birininaparıcı eksperti təmsilçisi olduğu qurumun diqqətinin sanksiyalardan Ukrayna PUA-larının zərbələri üçün hədəflərin müəyyənləşdirilməsinə foksulandığını bildirib. Analitik Kiyevin ABŞ-nin sanksiyalara dəstəyini itirməsi ilə yanaşı, həm də Vaşinqtonun özünün Avropadakı mövqeyini zəiflədə biləcəyiriskinə də diqqət çəkib.

- Mən düşünmürəm ki, biz Nyu-Yorkdan asan qərarlarla qayıda bilək. Amma biz Nyu-Yorkdan sonra da çox işləməyə davam edəcəyik”,- Ukrayna Xarici İşlər nazirinin müavini Sergey Kislitsa, öz növbəsində, deyib.

Ərdoğan:“Bu heç yaxşı xəbər deyil”
Yüksək vəzifəli avropalı diplomatlardan biri isə qeyd edib ki, bu fonda Kiyev Amerikanın dəstəyinin azalmasından sonra bir sıra Avropa ölkələrinində hərbi yardımını itirə bilər. Lakin o, hansı ölkələrdən söhbət gedə biləcəyini dəqiqləşdirməyib.

“Qərb müttəfiqləri Ukrayna ordusunda kəskin kadr çatışmazlığından narahatdırlar. Amerika kəşfiyyatı və NATO ölkələri tərəfindən maliyyələşdirilən silahlar olmadan Kiyev hərbi əməliyyatları davam etdirə bilməyəcək”,- avropalı diplomat Kiyev üçün bədbin proqnoz verib.

Maraqlıdır ki, keçmiş yüksək vəzifəli ukraynalı məmurlardan biri də Kiyevin aktiv çağırışlarına baxmayaraq, Trampın Rusiyaya qarşı hər hansı sanksiya tətbiq edəcəyinə şübhə ilə yanaşdığını açıqlayıb.

Agentliyin yazdığına görə, sözügedən məmurUkraynanın təhlükəsizliyinə təminatların verilməsi ilə bağlı Avropa, ABŞ və Ukrayna arasında gedən uzun danışıqlara etinasızlıq sərgiləyərək bunu“ritual rəqslə”müqayisə edib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Amerikanın “Fox News” telekanalına Ukraynada gedən müharibənin tezliklə bitəcəyinə əmin olmadığını vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
56
1
azvision.az

2Источники