RU

Macarıstan rus neftindən imtina etməyəcək - Siyarto

Macarıstan ABŞ-ın tələblərinə baxmayaraq, Rusiya enerji resurslarından imtina etmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto BMT Baş Assambleyası çərçivəsində “Quardian”a verdiyi müsahibədə bildirib.

Siyarto ölkəsinin enerji təhlükəsizliyinin Rusiya nefti və qazı olmadan təmin olunmasının mümkün olmadığını vurğulayıb:

“Biz ölkəmiz üçün etibarlı təchizatı rus nefti və ya qazı olmadan təmin edə bilmirik”.

Избранный
12
1
axar.az

2Источники