Steam-də yayımlanan oyun istifadəçiləri kriptovalyutadan məhrum edib.
İnterpress.az xəbər verir ki, Steam platformasında satışa çıxarılan “BlockBlasters” oyununun zərərli proqramla yoluxduğu üzə çıxıb.
Nəticədə təxminən 500 oyunçu kriptovalyuta vəsaitini itirib.
Hadisə təsadüfən məlum olub. Xeyriyyə məqsədilə canlı yayım aparan bloqer Raivo Plavnieksin hesabından efir zamanı 32 min dollar yoxa çıxıb. Kibertədqiqat qrupu VXUndergroundun məlumatına görə, ümumi zərər 150 min dollar təşkil edir.
Mütəxəssislər bildiriblər ki, kibercinayətkarlar platformanın qorunmasını aşmaq üçün hiyləyə əl atıblar: 30 iyulda oyunu “təmiz” şəkildə təqdim edib, bir ay sonra isə virusu növbəti yeniləmə adı ilə əlavə ediblər.
Artıq Valve oyunu Steam-dən silib.
Xuraman Etibarlı
İnterpress.az