RU

Azərbaycandan Ukraynaya pul köçürmələri 1,7 dəfə azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandan fiziki şəxslər tərəfindən 2025-ci ilin birinci yarısında Ukraynaya 2 milyon 497 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon 757 min dollar və ya 1,7 dəfə azdır. 2024-cü ilin yanvar-iyun aylarında bu məbləğ 4 milyon 254 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci yarımildə Azərbaycandan Ukraynaya fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
8
3
banco.az

6Источники