RU

Gələn il 50-yə yaxın ölkədən nümayəndə heyəti tibbi turizm üzrə Azərbaycana səfər edəcək

Bakı.TurkicWorld

Ən böyük hədəflərimizdən biri Azərbaycanda tibbi turizmin inkişaf etdirilməsidir.

TurkicWorld xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ikinci günündə bildirib.

Onun sözlərinə görə, tibbi turizmin inkişaf etdirilməsi üçün TƏBİB uzun müddətdədir tədbirlər görür: "Mart ayında Azərbaycan Respublikasında bizim maraq dairəmizdə olan bir çox xarici ölkələrin tibbi turizm sahəsində çalışan şirkətləri ölkəmizə dəvət olunub. Gələn ilin mart ayında tibbi turizm sahəsi üzrə tanışlıq məqsədilə həm TƏBİB tabeliyində olan tibb müəssisələri ilə, həm də özəl müəssisələrlə tanışlıq məqsədilə nümayəndələrin ölkəmizə səfəri gözlənilir".

Sədr qeyd edib ki, bu məqsədlə 50-yə yaxın ölkənin nümayəndə heyətinin Azərbaycana gəlməsi nəzərdə tutulub.

Избранный
30
1
turkic.world

2Источники