RU

“Nar”ın dəstəyi ilə ölkəmizdə ilk inklüziv intellektual oyun turniri baş tutub

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə nitq və eşitmə məhdudiyyətli gənclər üçün “Zəka Fest” inklüziv intellektual oyun turniri təşkil olunub. Beynəlxalq Jest Dili Gününə həsr edilən bu layihə “Şəkərbura Şou”nun təşəbbüsü, “Karlara Dəstək” İctimai Birliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İctimai Televiziya və digər tərəfdaşların dəstəyi ilə həyata keçirilib. Turnirin əsas məqsədi eşitmə məhdudiyyətli uşaqların sosial inteqrasiyasını gücləndirmək və yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onlar üçün inkişafetdirici oyunların əlçatanlığını təmin etməkdir.

Turnirdə ümumilikdə yeddi komanda mübarizə aparıb. Beş saat davam edən intellektual marafon yeddi raund və final mərhələsindən ibarət olub. İştirakçılar komanda işi və fərdi düşünmə bacarıqlarından istifadə edərək müxtəlif sualları cavablandırıblar. Yarışın nəticəsinə əsasən “Uğur” komandası birinci, “Qızıl” ikinci, “Cəsur” isə üçüncü yerə layiq görülüb. Qalib və digər iştirakçı komandalar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Nar” nitq və eşitmə məhdudiyyətli şəxslərin informasiya və ünsiyyət imkanlarının artırılması istiqamətində həyata keçirdiyi layihələrlə beynəlxalq səviyyədə tanınır. Şirkət bu sahədəki sosial məsuliyyət təşəbbüslərinə görə nüfuzlu “Stevie” biznes mükafatına layiq görülüb. Yeni jest dili mobil tətbiqinin dəstəklənməsi də “Nar”ın bu istiqamətdə uzunmüddətli fəaliyyətinin məntiqi davamıdır və inklüziv cəmiyyətin qurulmasına töhfəsini daha da gücləndirir. Mobil operatorun dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Избранный
5
22
aznews.az

10Источники