RU

Premyer Liqa klubu məşqə çıxmaqdan imtina etdi - Maaşlar verilmir

Azərbaycan Premyer Liqa təmsilçisi “Karvan Yevlax” futbolçuları ötən gün komandanın məşqinə çıxmayıblar. 

News24.az xəbər verir ki, buna səbəb oyunçuların maaş və mükafatlarını ala bilməmələridir.

Narazılıq edən futbolçuların rəhbərliklə danışığı müsbət nəticə verməyib. 

Səbri daşan oyunçular son çarəni məşqə çıxmamaqda görüblər. ( Sportinfo.az )


Избранный
49
6
news24.az

8Источники