BAKI, 23 sentyabr. TELEQRAF
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi BMT baş katibi postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Teleqraf xəbər verir ki, o, beynəlxalq qurumun hazırda çətin vəziyyət olduğunu deyib.
“BMT hazırda çətin vəziyyətdədir. İnanıram ki, BMT-ni aktuallaşdırmaq mümkündür. Əgər siz münaqişələrin və zorakılığın artması ilə bağlı narahat olduğunuzu deyirsinizsə, o zaman diqqəti başqa şeylərə yönəltmək bir qədər ikiüzlülükdür”, - Qrossi qeyd edib.
Xatırladaq ki, təşkilatın hazırkı rəhbəri Antonio Quterreşin mandatı 2026-cı il dekabrın 31-də başa çatır. Həmin il BMT Təhlükəsizlik Şurasının 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlayacağı gözlənilən baş katib vəzifəsinə namizəd irəli sürəcəyi gözlənilir.