RU

Öz səhvlərimizdən çox sayda qol buraxırıq Süleyman Neftçi ilə matçdan nə gözləyir?

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Misli Premyer Liqasının 5-ci turunda "İmişli" ilə qarşılaşan "Karvan-Yevlax" 0:3 hesabı ilə uduzdu. Son 3 turda ikisi 0:3, biri 0:2 hesablı 3 yenilgi alan aran təmsilçisi növbəti turda "Neftçi"nin qonağı olacaq. Komandanın müdafiəçisi Süleyman Əhmədovla əlaqə saxlayıb ardıcıl məğlubiyyətlər barədə fikirlərini oyrəndik və bakılılarla matçdan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Ardıcıl üç oyundur ki, məğlub oluruq. Öz səhvlərimizdən çox sayda qol buraxırıq. Əlbəttə ki, məğlubiyyətlərdən nəticə çıxarmalıyıq. Məşqlərdə səhvlərimiz üzərində işləyirik. Bizi qarşıda çətin bir qarşılaşma gözləyir. Diqqətimizi irəlidəki matça yönəltmişik. "Neftçi" ilə oyunda yaxşı nəticə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Neftçi" "Karvan-Yevlax" görüşü sentyabrın 27-də keçiriləcək. Matçın start fiti 19:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
fanat.az

1Источники