Diyarbəkirdə taksi sürücüsü Serdar Uluk (60) Şanlıurfaya apardığı sərnişin tərəfindən aldadılıb. Hadisə zamanı Ulukun hesabından ümumilikdə 340 min lirə pul çıxarılıb.
News365.az-ın məlumatına görə, sərnişin sürücü ilə 4 min lirəyə razılaşıb. Səfər zamanı etibar qazanan şəxs Ulukun İBAN nömrəsini istəyib və guya səhvən ona pul göndərdiyini bildirib. Daha sonra mobil bankçılıq şifrəsini ələ keçirərək sürücünün telefonundan istifadə edib.
Şübhəli Ulukun hesabından 50 min lirə, əlavə hesabından 120 min lirə, başqa bir hesabdan isə 20 min lirə köçürüb. Ardınca onun adına 150 min lirə kredit götürərək ümumilikdə 340 min lirəni öz hesabına keçirib. Şanlıurfaya çatdıqda isə bankaya gedəcəyini bəhanə edərək yoxa çıxıb.
Zərərçəkən Serdar Uluk bildirib:
“Maşını idarə etdiyim üçün nə etdiyini başa düşmədim. Hesabımdan ümumilikdə 340 min lirə götürdü. Sonradan öyrəndim ki, adının Eyüp olduğunu deyən şəxsin əslində kimliyi M.A.-dır. Bu adamın tezliklə həbs olunmasını və zərərimin ödənilməsini istəyirəm. Borcumu ödəmək üçün əlavə kredit götürmüşəm və hər ay 36 min lirə qaytarıram”.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
News365.az
