RU

Cari ildə xanım sürücülərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 16 nəfər həlak olub - BDYPİ

Bakı.Trend:

Cari ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə başvermiş 107 yol-nəqliyyat hadisəsində 16 nəfər həlak olub, 159 nəfərisə xəsarət alıb.

Trend xəbərverir ki, bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, aparılan təhlillərə görə, bəzi hallardadiqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yolqəzalarının baş verməsinə səbəb olur. Təkcə cari ilin ötən dövründəxanım sürücülərin iştirakı ilə baş vermiş 107 yol-nəqliyyathadisəsində 16 nəfər həlak olmuş və 159 nəfər xəsarət alıb.

"Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətindəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşıməsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tamməsuliyyətlə yanaşmalıdır".

Əgər nəqliyyat vasitəsi ilə hərəkət zamanı yüksək sürət, qəfilvə təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa,qadın sürücülər bir anlıq düşünməlidir:

“Bu hərəkətlər hara aparır – insan həyatının sonuna,xəstəxanaya, yoxsa həbsxanaya?”

Ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıqborcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünəgətirməlidir.

Unutmayın qadına həbsxana yaraşmır, sürət fəxr deyil,təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlükolur.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün xanım sürücülərisoyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və risklihərəkətlərə uymamağa çağırır.

Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür.

Избранный
8
26
az.trend.az

10Источники