RU

“Qızıl top”un yeni sahibi noyabrın 16 da Bakıda çıxış edəcək?

ain.az bildirir, Xalq qazeti portalına istinadən.

PSJ-nin 28 yaşlı vingeri və hücumçusu Usman Dembelenin 2024/25 mövsümünün “Qızıl top”una layiq görülməsi gözlənilməz olmadı. Son aylar tərtib edilən müxtəlif qeyri-rəsmi reytinqlərdə onun və Lamin Yamalın adları nüfuzlu mükafata əsas namizədlər arasında yer alırdı.

“Qızıl top”un Azərbaycan təmsilçisi Rasim Mövsümzadənin fikrincə, Dembelenin PSJ ilə Çempionlar Liqasını qazanması və onun UEFA tərəfindən turnirin ən dəyərli oyunçusu seçilməsi, həmçinin mövsüm boyunca bütün yarışlarda 35 qol vurması, nüfuzlu mükafata layiq görülməsi ilə nəticələnib:

“Dembelenin bu uğrunun Azərbaycanla əlaqəli tərəfi odur ki, 28 yaşlı futbolçu DÇ-2026 seçmə mərhələsindəki rəqibimiz Fransa millisinin də üzvüdür və bu komandanın heyətində 2018-ci ildə dünya çempionluğunu qazanıb. İndi görək, “Qızıl top”un yeni sahibi oktyabrın 10-da Parisdə və noyabrın 16-da Bakıda keçiriləcək oyunlarda nə edəcək. O, 2016-cı ildən Fransa millisinin heyətində ümumilikdə 57 oyunda cəmi 7 qol vurub.

Dembelenin “Qızıl top” uğrunda mübarizədə əsas rəqibi Yamal isə mükafatın ən gənc sahibi olmaq şansını hələlik əldən verib. Bununla belə, ikinci yeri tutan 18 yaşlı “Barselona”lı sorğuda ilk üçlüyə daxil olan ən gənc futbolçu kimi tarixə düşüb. Amma Yamal qarşıdakı üç il ərzində mükafatı qazanmaqla rekorda yiyələnə bilər: hələ ki, “Qızıl top”un ən gənc qalibi 1997-ci ildə - 21 yaşında bunu bacaran braziliyalı Ronaldodur.

Yeri gəlmişkən, “Liverpul” UEFA Çempionlar Liqasında mübarizəni dayandırana kimi Məhəmməd Salah “Qızıl top”u qazanmağa əsas namizəd sayılırdı. Amma İngiltərə klubunun Avropadakı uğursuzluğu misirli futbolçunun mükafat uğrunda mübarizədə dördüncü olması ilə nəticələnib.

Sorğuda üçüncü yeri isə Dembelenin PSJ-dəki oyundaşı, portuqaliyalı Vitinya tutub”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
xalqqazeti.az

2Источники