RU

Poliklinikalardakı problem aradan QALDIRILIB- RƏSMI AÇIQLAMA

Ajans.az xəbər verir, mediada bu barədə məlumat yayılıb. Məlumata görə, sistemin dayanması nəticəsində poliklinikalarda sıxlıq müşahidə olunub.  Mövzu ilə bağlı TƏBİB-ə soğru ünvanladıq. Qurumdan Ajans.az-a verilən məlumata əsasən, 23.09.2025-ci il tarixində səhər saatlarında “e-Tabib” proqram təminatında normadan artıq yüklənmə səbəbindən nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısamüddətli fasilələr müşahidə olunub. Qısa zaman ərzində problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib. Xatırladaq ki, qeydiyyat prosesinin fasiləsizliyini təmin etmək məqsədilə tibb müəssisələri tərəfindən müvafiq prosedurlar alternativ qaydada icra olunur və problem həll edildikdən sonra məlumatlar elektron sistemdə əks etdirilir.

Hazırda elektron qeydiyyat sistemi stabil şəkildə fəaliyyət göstərir.

Избранный
20
1
Ajans.az

4Источники