RU

NATO Rusiyaya xəbərdarlıq etdi 5 NATO ölkəsinin hava məkanı pozulub

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO növbəti təxribatlar olacağı təqdirdə Rusiyanı hərbi cavab tədbirləri ilə hədələyib. Səbəb üç rus qırıcısının Estoniya hava məkanına soxulması olub.

“AzPolitika” xəbər verir ki, Alyans Moskvanın hərəkətlərinin “məsuliyyətsiz davranış” olduğunu vurğulayıb və 5-ci maddəyə uyğun olaraq bütün lazımi tədbirləri görməyə hazır olduğunu bəyan edib.

Həmçinin qeyd olunub ki, hava məkanının pozulması halları Finlandiya, Latviya, Litva, Norveç və Rumıniya tərəfindən də qeydə alınıb.

Bu arada İsveçin müdafiə naziri Poul Conson Stokholmun ölkə sərhədlərini qoruyacağını və lazım gələrsə, silahdan istifadə etməzdən əvvəl xəbərdarlıq etməmək hüququnu özündə saxlayaraq silahlı qüvvələrini istifadə etməyə hazır olduğunu bəyan edib: "Heç bir ölkənin İsveçin hava məkanını pozmağa haqqı yoxdur. İsveçin öz hava məkanını müdafiə etmək, lazım gələrsə güc tətbiq etmək hüququ var və o, bunu müdafiə edəcək".

Onun sözlərinə görə, hökumət hərbçilərə İsveçin hava məkanını pozan obyektlərlə necə davranmaq barədə göstəriş verib: “Bura, lazım gələrsə, əvvəlcədən xəbərdarlıq edərək və ya etmədən güc tətbiq etmək hüququ da daxildir”.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bəyan etmişdi ki, Rusiyanın Avropadakı təxribatları, xüsusilə NATO-nun hava məkanına müdaxiləsi ciddi təhlükədir və dərhal dayandırılmalıdır.

Onun sözlərinə görə, Rusiyanın hərəkətləri belə bir təəssürat yaradır ki, Kreml ya qəsdən münaqişəni başqa ölkələrə yaymağa çalışır, ya da öz pilotlarına və pilotsuz təyyarə operatorlarına nəzarəti itirib: “Qlobal ambisiyaları olan bir nüvə dövləti ilə qarşılaşdığımızı nəzərə alsaq, hər ikisi son dərəcə narahatedicidir”.

Bundan əvvəl Polşanın Xarici İşlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək Rusiyanı NATO ölkələrinə qarşı növbəti təxribatlara qarşı xəbərdar etmişdi: "Heç kim sizin Ukraynanı işğal etmək cəhdlərinizi dəstəkləmir və bizi qorxutmağınıza imkan verməyəcəyik. Əgər qəsdən və ya təsadüfən bizim hava məkanımıza bir raket və ya başqa obyekt uçarsa və vurularsa, onun dağıntılar NATO ərazisinə düşərsə, bura şikayət etməyə gəlməyin. Sizə xəbərdarlıq edildi".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
5
50
azpolitika.info

10Источники