RU

Rusiyada ölüm cəzası bərpa olunacaqmı? Yeni Baş prokurordan açıqlama

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Baş Prokuroru və ali məhkəmənin sədri vəzifəsinə namizəd İqor Krasnov bildirib ki, ölkədə ölüm cəzasının bərpası “mümkün deyil”.

“AzPolitika” xəbər verir ki, Krasnov bunu Ali Məhkəmənin sədri vəzifəsinə namizədliyinin təsdiqləndiyi Federasiya Şurası komitəsinin iclasında deyib. O, qeyd edib ki, dövlətin mövqeyi bu məsələdə yekundur”. Krasnov bunu Konstitusiya Məhkəməsinin fundamental qərarlarına istinad edərək vurğulayıb.

Baş prokuror əlavə edib ki, o, cinayət törətmiş şəxslər üçün “cəzadan qaçılmazlıq” və “ədalətli intiqam” prinsipini dəstəkləyir.

1990-cı illərdən bəri Rusiyada ölüm cəzası moratoriumu tətbiq olunur. Ölüm hökmü çıxarılmır, həmin cinayətlərə görə isə ömürlük həbs cəzası verilir.

Son illərdə, Ukraynadakı müharibə və xüsusilə “Crocus City Hall” terror aktından sonra, Kremlin tərəfdarı olan bir sıra siyasətçilər və ictimai şəxslər moratoriumun ləğvini tələb edib. Ölüm cəzasını müdafiə edənlər, moratoriumun Rusiya Avropa Şurasına üzv olduğu dövrdə tətbiq edildiyini, lakin 2022-ci ildə ölkənin bu qurumdan çıxarıldığını əsas gətirirlər. Lakin Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bunun mümkün olmadığını bəyan edib.

Federasiya Şurasının Krasnovun namizədliyini 24 sentyabrda təsdiqləməsi gözlənilir.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
azpolitika.info

1Источники