RU

"SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və "SABAH" qruplarının birgə təşkilatçılığı ilə keçiriləcək sayca ikinci "SECURE TOMORROW" hakatonuna qeydiyyat başlayıb.
Hakatonda "SABAH" qruplarının bakalavr və magistrlar komanda şəklində (hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla) iştirak edə bilərlər. Həmçinin, bakalavr və magistr qrupları bir komanda daxilində iştirak edə bilərlər. Yalnız "SABAH" qruplarında oxuyan tələbələr və "SABAH" qruplarının mövcud olduğu universitetlərin qeyri-"SABAH" tələbələri hakatonda iştirak edə bilərlər. Qeyd edək ki, qeydiyyat yalnız komanda şəklində mümkündür və bir nəfər ancaq bir komandanın üzvü ola bilər.
Hakatonun keçirilməsində əsas məqsəd təhlükəli faylların təhlilində həm açıq mənbə, həm də özəl yazılmış texnologiyanı daha dayanıqlı, təhlükəsiz və səmərəli şəkildə birləşdirilməsini icra edəcək komandaların müəyyən edilməsidir. Hakatonun nəticələri gələcəkdə real MVP layihəsi üzərində işləmək imkanı yaradacaq. Layihə kibertəhlükəsizlik yanaşmasını formalaşdırmaq və ona uyğun tədbirlərin həyata keçirilməsinə yönəlib. Eyni zamanda prosesin süni intellekt sistemləri ilə inteqrasiyası da nəzərdə tutulur.
Son qeydiyyat tarixi: 22 oktyabr 2025-ci il
Избранный
7
5
oxu.az

6Источники