RU

NATO dan Rusiyaya SENSASİON XƏBƏRDARLIQ “Cavab təbirləri görüləcək”

ain.az, Bizim media saytına istinadən bildirir.

NATO Rusiyanı yeni təxribatlar halında hərbi cavabla hədələyib.Bizim.Media “Kommersant.ru”ya istinadla xəbər verir ki, buna səbəb Estoniya hava məkanına üç Rusiya qırıcı təyyarəsinin daxil olması olub. NATO qüvvələri təyyarələri havaya qaldıraraq onların qarşısını alıblar.Alyans bildirib ki, Moskvanın bu kimi addımları “məsuliyyətsiz davranışın” göstəricisidir və 5-ci maddə çərçivəsində bütün zəruri tədbirləri görməyə hazırdır.Məlumata görə, hava məkanının pozulması halları Finlandiya, Latviya, Litva, Norveç və Rumıniyada da qeydə alınıb.İsveçin müdafiə naziri Pol Yohnson isə bəyan edib ki, Stokholm sərhədlərini qoruyacaq və lazım gələrsə, silahlı qüvvələrdən istifadə etməyə hazırdır. Onun sözlərinə görə, hökumət orduya İsveç hava məkanını pozan obyektlərlə davranış qaydaları barədə təlimat verib: “Bura zərurət yaranacağı halda əvvəlcədən xəbərdarlıqla və ya xəbərdarlıq etmədən güc tətbiq etmək hüququ daxildir”.ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Uolts isə vurğulayıb ki, Rusiyanın Avropadakı eskalasiya yönümlü addımları, xüsusilə NATO ölkələrinin hava məkanına müdaxiləsi ciddi təhdid yaradır və dərhal dayandırılmalıdır. Onun sözlərinə görə, Moskvanın bu hərəkətləri Kremlin ya qəsdən münaqişəni digər ölkələrə yaymaq istədiyini, ya da öz pilotları və PUA operatorlarına nəzarəti itirdiyini göstərir:

“Hər iki hal son dərəcə narahatedicidir, çünki söhbət qlobal ambisiyalara malik nüvə dövlətindən gedir”.Qeyd edək ki, bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanı NATO ölkələrinə qarşı yeni təxribatlardan çəkinməyə çağırmışdı.

“Ukraynanı işğal etmək cəhdlərinizi heç kim dəstəkləmir və biz qorxmayacağıq. Əgər hər hansı raket və ya digər obyekt qəsdən və ya təsadüfən bizim hava məkanımıza daxil olub vurularsa, qalıqları NATO ərazisinə düşsə, gəlib şikayət etməyin. Sizi xəbərdar etdik”, – deyə Sikorski bildirib.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
2
bizim.media

3Источники