RU

Maskın atasına ağır ittiham: qızından uşağı var Detallar

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı milyarder və sahibkar İlon Maskın atası Errol həm övladlığa götürdüyü, həm də bioloji uşaqlarına üç dəfə cinsi zorakılıq etməkdə ittiham olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYT) nəşri polis və məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

“Errol Maska qarşı üç ayrı araşdırma aparılıb, onlardan ikisi hazırda bağlanıb, üçüncünün nəticələri barədə məlumat yoxdur. Belə ki, Maskın ailə üzvləri onu beş bioloji övladına və həmin vaxt dörd yaşında olan övladlığa götürdüyü qızına qarşı cinsi istismarda ittiham ediblər. Qohumlarının iddialarına görə, 16 il sonra sözügedən qız Errolun uşağını dünyaya gətirib”, – deyə bildirilib.

Nəşr qeyd edib ki, ilk hadisə 1993-cü ildə, sonuncunun isə 2023-cü ildə baş verib.

Günel Cəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
globalinfo.az

2Источники