RU

Rusiya Zaporojyeni yenidən VURDU: Dağıntılar və itkilər var

Bu gün Rusiya Federasiyası Zaporojyeyə növbəti hücumu həyata keçirərək şəhərə beş dəfə hava zərbəsi endirib.

Musavat.com xəbər verir ki, bu barədə RBC-Ukrayna Zaporojye vilayət dövlət administrasiyasının rəhbəri İvan Fedorova istinadən məlumat yayıb.

Fedorov bildirib ki, zərbələr nəticəsində anbarlara və nəqliyyat vasitələrinə ziyan dəyib.

“Tibb işçiləri yaralılara bütün lazımi yardımı göstərir”, – deyə o qeyd edib.

Vilayət rəhbərinin sözlərinə görə, Zaporojyeyə endirilən aviazərbələr nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Fedorov əlavə edib ki, 43 yaşlı kişinin vəziyyəti ağır, digər yaralının vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, bir müddət əvvəl Fedorov şəhər və rayon sakinlərini hücum dronları və qanadlı raketlərin təhlükəsi barədə xəbərdar edib.

Pilotsuz təyyarələr əvvəlcə Xortitsia adası yaxınlığında aşkarlanıb.

Son günlər Zaporojye Rusiya tərəfindən intensiv atəşə tutulur. Avqustun 22-də səhər tezdən ruslar şəhərə hava bombaları ilə hücum edib, nəticədə iki mərtəbəli bina və beş avtomobil yanıb, üç nəfər isə həlak olub.

Bu gün isə ardıcıl ikinci gecədir ki, Rusiya Zaporojyeyə kütləvi hava bombardmanları həyata keçirir.

Fedorovun sözlərinə görə, ruslar şəhərə 6 yüksək partlayıcı aviasiya bombası ilə zərbə endirib. Zərbələr mülki infrastruktur və yaşayış binalarını hədəf alaraq yanğınlara səbəb olub.

Musavat.com

 

Избранный
16
11
musavat.com

10Источники