RU

İsazadə: Rusiyanın hərbi təxribatları davam edəcək

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“NATO sərhədlərində təxribatlar törədən Rusiya ilk növbədə bu ölkələri qorxudur, Alyans üzvlərinə psixoloji təzyiq edir. Rusiya bilir ki, Avropa müharibə istəmir, müharibədən qorxur. Eyni zamanda avropalılar müharibəyə meylli deyillər. Bu səbəbdən də ruslar NATO-nun şərq cinahında təxribatlara əl atır, amma sonradan bunu etmədiklərini bildirirlər”.Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə son zamanlar NATO-nun şərq cinahında müşahidə olunan hərbi təxribatlardan danışarkən deyib.O, belə təxribatların davam edəcəyini düşünür və buna səbəb kimi Rusiyaya adekvat cavabın verilmədiyini göstərir.“Rusiya əvvəl Türkiyəyə münasibətdə də belə edirdi, Suriya hava bazasından qalxan təyyarələri Türkiyə sərhəddini pozurdu. Amma Türkiyə Ordusu sərhəddi pozan rus qırıcısını vurdu. Bundan sonra ruslar siyasi səs-küy qaldırdılar, Rusiyada olan türkləri ölkədən çıxardılar, Türkiyənin kurort şəhərlərinə təyyarə reyslərini ləğv etdilər və s. Amma buna paralel olaraq bir daha Türkiyənin hava məkanını pozmadılar. Çünki bir dəfə cavab almışdılar. Odur ki, Avropa ruslara adekvat cavab verməyənə qədər onun sərhədlərində belə təxribatları gözləmək olar”,- A. İsazadə bildirib.Ekspert əlavə edib ki, indi Avropa ilə Rusiya arasında müharibə gözləmir, amma riskləri də nəzərə almamaq olmaz. Onun fikrincə, indi proqnoz vermək çətindir, çünki proseslər sürətlə gedir: “Eyni zamanda hər bir təxribatın müharibəyə çevrilmə riski var. Ermənilər də vaxtilə Azərbaycanla tez-tez atəşkəsi pozur, öz aləmlərində psixoloji təzyiq edirdilər. Azərbaycan Ordusu da qarşı tərəfə cavab verirdi və bəzən bu, böyük atışmalarla müşahidə olunurdu. Sonda erməni ordusunu darmadağın etdik. Bu baxımdan düşünürəm ki, hər bir təxribatın qəfildən müharibəyə çevrilmə ehtimalı var”.Nemət ORUCOVReyting.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
reyting.az

2Источники