RU

Dembele "Qızıl top"u qazandı, yeni rekord müəyyənləşdi

PSJ-nin vingeri Usman Dembele Fransa futbolu tarixində "Qızıl top" mükafatını qazanan 6-cı futbolçu olub.

Fanat.Az-ın məlumatına görə, bu mükafata oyunçu sayı baxımından hamıdan çox fransalılar sahib çıxıblar.

Fransa İtaliya və Almaniyanı geridə qoyaraq rekordçuya çevrilib.

Daha öncə Dembelenin həmvətənlərindən Raymon Kopa ("Real Madrid"), Mişel Platini ("Yuventus", 3 dəfə), Jan-Pyer Papen ("Olimpik Marsel"), Zinəddin Zidan ("Yuventus") və Kərim Benzema ("Real Madrid") eyni uğura imza atıblar.

Xatırladaq ki, səsvermənin nəticələrinə əsasən Lamin Yamal ("Barselona") 2-ci, Vitinya (PSJ) 3-cü olub.

Nihat


 

Избранный
13
1
fanat.az

2Источники