RU

Daha iki əraziyə metro xətti çəkilə bilər Açıqlama

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı ətrafında, xüsusilə Xırdalan və Masazırda əhalinin sıx yaşaması nəqliyyat problemini daha da kəskinləşdirir. Bildirilir ki, qeyd edilən ərazilərdə metro stansiyalarının inşası vacibdir. Ekspertlərin fikrincə, bu, paytaxtın əsas küçələrində yaranan tıxacların azalmasına da ciddi təsir göstərə bilər.

Xırdalan və Masazırda metro stansiyalarının tikilməsi mümkün ola bilərmi?

Globalinfo.az-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov deyib ki, Xırdalan və Masazır kimi əhalisi çox olan ərazilərdə metro stansiyalarının inşası nəqliyyat problemlərinin, xüsusilə də tıxacların azaldılması baxımından önəmli ola bilər:

“Lakin bu, böyük maliyyə vəsaiti, uzunmüddətli planlaşdırma və infrastruktur uyğunlaşdırması tələb edir. Hökumət son illər metro xətlərinin genişləndirilməsi istiqamətində planlar açıqlasa da, Xırdalan və Masazırda stansiya tikintisi ilə bağlı rəsmi qərar hələlik yoxdur”.

Eldəniz Cəfərov

Ekspert qeyd edib ki, hazırda Xırdalana dəmir yolu vasitəsilə səfərlər mümkündür:

“Yeni dövlət proqramı çərçivəsində Xırdalan, Masazır və ətraf qəsəbələri Bakı ilə birləşdirən əlavə yol infrastrukturu da inşa olunur. Xocəsən kimi şəhərdən kənar ərazidə metrostansiyası tikilibsə, gələcəkdə Xırdalan və Masazırda da yeni stansiyalar salına bilər. Bu, həm nəqliyyat yükünü yüngülləşdirər, həm də Bakının tıxac probleminin azaldılmasına mühüm töhfə verər”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
globalinfo.az

1Источники