RU

Bəzi insanlar ağlaya bilmir: SƏBƏBİ...

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Bəzi insanlar emosional vəziyyətlərdə belə ağlaya bilmirlər.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bunun səbəbi həm fiziki, həm də psixoloji amillərlə bağlı ola bilər.

Məlumata görə, gözyaşının bir neçə növü mövcuddur. Bunlar buynuz qişanı nəmləndirən bazal gözyaşları, qıcıqlandırıcılara qarşı yaranan refleks gözyaşları və emosional vəziyyətlər zamanı yaranan gözyaşlarıdır. 

Qeyd olunub ki, emosional gözyaşlarının yaranması üçün beyindən gözyaşı vəzinə siqnal göndərilməlidir. Bu prosesdə hər hansı pozuntu baş verərsə, insan ağlama qabiliyyətini itirə bilər.

Vurğulanıb ki, bu hal uzunmüddətli və ağır stressdən sonra baş verə bilər. Bədən, enerji itkisini minimuma endirmək və özünü qorumaq məqsədilə emosiyaları gözyaşları ilə ifadə etmə funksiyasını müvəqqəti dayandıra bilər. 

Eyni zamanda, bəzi hallarda bu, uşaqlıq dövründə formalaşan psixoloji müdafiə mexanizmi ilə də bağlı ola bilər. Uşaqlıqda güclü duyğuları gizlətmək vərdişi formalaşan insanlar zamanla bu reaksiyanı tamamilə itirə və təklikdə belə ağlaya bilməzlər.

Bundan başqa, mütəxəssislər bildirirlər ki, depressiya zamanı da ağlama qabiliyyəti zəifləyə və ya tamamilə yox ola bilər. Bu, beyində emosional reaksiyaları idarə edən hissələrin zəifləməsi ilə əlaqələndirilir.

Mina Mikayılova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
bakivaxti.az

1Источники