Rusiya müharibənin 1308-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 86 260 PUA-sı, 630 zenit-raket kompleksi, 25 220 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 29 851 artilleriya və minaatanı, 42 454 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.