Sia Az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“27 sentyabr anım günüdür. Biz 27 sentyabr tarixində Qarabağ uğrunda savaşan bütün qazilərimizi, Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi hörmətlə anırıq. Biz istəmədiyimiz bir müharibəyə cəlb edildik və otuz il mətanətlə vuruşduq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, 1987-ci ildən başlayaraq qurbanlar verdik və 2020-ci ildə böyük tarixi zəfərə imza ataraq milli məqsədlərimizə çatdıq: “Buna görə də otuz il davam edən müharibədə verdiyimiz şəhidlərin əziz xatirəsini 27 sentyabr tarixində anmaqla bu qəhrəmanlıq səhifəsini tarixi yaddaşımıza həkk etmiş oluruq. İyirmi yeddi sentyabr 44 günlük müharibəyə gedən yolun ilk günü idi. Amma heç kəs bilmirdi ki, 27 sentyabrda başlayan suverenlik və ərazi bütövlüyü mübarizəmiz neçə gün, ay və ya il davam edəcəkdi. Məhz qəhrəman ordumuzun sayəsində biz 100 illik problemi 44 gün ərzində həll etməyi bacardıq. Buna görə də hər bir azərbaycanlı anım günündə əziz şəhidlərimizin ruhu qarşısında müntəzir olmaqla, onların şəhadət zirvəsinə ucalması qarşısında baş əyir. Aylar, günlər, illər keçəcək, amma 27 sentyabr daim bizə azadlıq bəxş edən, ərazi bütövlüyümüzü bərpa edən şəhidlərimizi və qazilərimizi heç zaman unutmayacağıq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.