RU

NATO Rusiyaya xəbərdarlıq edib

AzVision.az xəbər verir ki, NATO təyyarələri Rusiya qırıcılarının qarşısını almaq üçün havaya qaldırılıb. Alyans Moskvanın bu cür hərəkətlərini “məsuliyyətsiz davranış”ın tərkib hissəsi kimi qiymətləndirərək, 5-ci maddə çərçivəsində bütün lazımi tədbirləri görməyə hazır olduğunu bəyan edib.

Həmçinin, hava məkanının pozulması hallarının Finlandiya, Latviya, Litva, Norveç və Rumıniya tərəfindən qeydə alındığı vurğulanıb.

Bu arada İsveçin Müdafiə naziri Pol Conson Stokholmun ölkə sərhədlərini qoruyacağını və silahdan istifadə ilə bağlı xəbərdarlıq etməmək hüququnu özündə saxladığını, lazım gələrsə, silahlı qüvvələri hərəkətə gətirməyə hazır olduğunu açıqlayıb.

“Hökumət orduya İsveçin hava məkanını pozan obyektlərlə necə davranmaq barədə göstəriş verib. Bura, lazım gələrsə, əvvəlcədən xəbərdarlıq edərək və ya etmədən güc tətbiqi hüququ da daxildir”,- nazir bildirib.

Bundan əvvəl ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Maykl Uolts bəyan etmişdi ki, Rusiyanın Avropada gərginliyi artıran hərəkətləri, xüsusən də NATO-nun hava məkanına müdaxiləsi ciddi təhlükə yaradır və dərhal dayandırılmalıdır.

Onun sözlərinə görə, Rusiyanın hərəkətləri belə bir təəssürat yaradır ki, Kreml ya qəsdən münaqişəni başqa ölkələrə yaymağa çalışır, ya da öz pilotlarına və pilotsuz təyyarə operatorlarına nəzarəti itirib. Qlobal ambisiyaları olan nüvə gücündən danışdığımızısöhbət getdiyi nəzərə alınsa, hər iki addım son dərəcə narahatlıq doğurur.

Polşanın Xarici İşlər naziri Radoslav Sikorski isə BMT Təhlükəsizlik Şurasının iclasındakı çıxışında NATO ölkələrinə qarşı növbəti təxribatlarına görə Rusiyaya xəbərdarlıq edib.

- Sizin Ukraynanı zəbt etmək cəhdlərinizi heç kim dəstəkləmir və bizi qorxutmağa imkan verməyəcəyik. Əgər qəsdən və ya təsadüfən hava məkanımıza başqa bir raket və ya başqa obyekt uçursa, vurulursa və dağıntılar NATO ərazisinə düşürsə, bura şikayət etməyə gəlməyin. Sizə xəbərdarlıq olunub”,- Polşa XİN-in rəhbəri deyib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
7
azvision.az

1Источники