RU

Polşadan Rusiyaya sərt xəbərdarlıq - döyüş təyyarələrinizi vuracağıq...


Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın Estoniyanın hava məkanını pozmasından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) fövqəladə iclasında çıxışı zamanı Rusiya ilə bağlı diqqət çəkən açıqlamalar verib.

qeyd edib ki, hava məkanı pozuntuları Rusiyanın illərdir Qərbə qarşı apardığı və getdikcə şiddətlənən “hibrid müharibəsi”nin son nümunəsi olduğunu deyən Sikorski, Rusiyanı döyüş təyyarələrini vurmaqla hədələyib: "Rusiya hökumətindən bircə xahişim var. Raket və ya təyyarə bizim hava məkanına qəsdən və ya təsadüfən icazəsiz daxil olarsa və vurularsa, təyyarənin qalıqları NATO ərazisinə düşərsə, lütfən, bura gəlib sızıldamayın. Sizə xəbərdarlıq edildi".

Rusiya və Sovet İttifaqının iki dünya müharibəsinin və “Soyuq savaşın” başlamasında rol oynadığını qeyd edən Sikorski daha sonra bildirib: "Rusiya nümayəndələrinə bunu demək istəyirəm: Biz bilirik ki, siz beynəlxalq hüquqa məhəl qoymursunuz və qonşularınızla sülh şəraitində yaşamaq iqtidarında deyilsiniz. Sizin çılğın millətçilik hissinizdə sonsuz hökmranlıq arzusu var. İmperiya dövrünün başa çatdığını və imperiyanızın yenidən qurulmayacağını dərk etməyincə bu iş bitməyəcək".

TAHİR

Избранный
8
baki-xeber.com

1Источники