RU

Baltikyanı ölkələr ABŞ-ın yardımının dayandırılmasından narahatdırlar

Baltikyanı ölkələr ABŞ-ın yardımının dayandırılmasından narahat olduqlarını bildiriblər.

“İki sahil” xəbər verir ki,  Estoniyanın xarici işlər naziri Markus Tsahna Bloomberg-ə müsahibəsində bildirib ki, Baltikyanı ölkələr ABŞ-ın təhlükəsizlik yardımının dayandırılmasından narahatdırlar.

"Biz narahatıq. Amma biz Konqreslə işləyirik və izah edirik ki, ABŞ-ın Baltikyanı müdafiəyə yatırdığı hər dollar Amerika iqtisadiyyatına qayıdır", - deyə, o, bildirib.

Daha əvvəl "Reuters" xəbər vermişdi ki, ABŞ Avropanı Baltikyanı ölkələrə yardımı kəsmək planları barədə xəbərdar edib.

Bu arada Estoniya, Latviya və Litva ABŞ Konqresinə birgə məktub göndərərək, hərbi yardımın maliyyələşdirilməsinin azalmamasını xahiş ediblər.

Избранный
6
ikisahil.az

1Источники