Vəkilin publik hüquqi şəxsdə fəaliyyət göstərməsi onun dövlət qulluğunda işləməsi anlamına gəlmir. Qanunvericiliyə əsasən, yalnız dövlət qulluğunda fəaliyyət göstərən vəkilin fəaliyyəti dayandırılır. Publik hüquqi şəxs dövlət qulluğu sayılmadığından, həmin qurumlarda çalışan şəxslərin vəkil kimi fəaliyyətinə məhdudiyyət tətbiq edilmir. Bu səbəbdən vəkillərin publik hüquqi şəxslərdə işləməsi onların peşə fəaliyyətinə mane olmur. Vəkillərin fəaliyyəti yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər.
News24.az xəbər verir ki, bu barədə SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, həbsdə olan iş adamı Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” çalışması barədə sorğuya cavab olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Mətbuat xidmətindən bildirilib.
“Bəzi kütləvi informasiya vasitələrində Vəkillər Kollegiyasının üzvü Şaiq Mirzəyevin guya vəkillik fəaliyyətinə zidd hərəkətləri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”, - məlumatda qeyd olunub. (Pravda.az)