Əməkdar artist Könül Kərimova açıqlamaları ilə diqqət çəkib .
Sənətçi həmkarlarından gileylənərək televiziyalarda təhqir olunduğunu bildirib.
"Çox haqqıma girilər. Bəzən evdə oturub televiziyaya baxıram. Görürəm ki, təhqir olunuram. Tənqidlə başlayır, tənqiddə qurtarır. Təhqirin qaşı-gözü olmur. Sənət adamlarıdır, o qədər təsirlənirəm ki...
Bu gün hamımızın həyatında var, tək mən deyiləm. Gücün çatıb özünün müdafiə edə bilmirsən. Bu, dəhşətdir. Adlarını çəkə bilmərəm, efirdə deyiləsi şeylər deyil".